Elmar Məmmədyarov Belçikaya səfər edir

4 Oktyabr 2016 11:54 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.


Bu barədə Movqe.az-a XİN-dən məlumat verilib.


Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Mammadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.