Mərkəzi Asiyada ən çox məscid Tacikistandadır

10 Yanvar 2013 15:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Mərkəzi Asiyada ən çox məscidin Tacikistanda olduğu qeyd edilib. Tacikistan daxilindəki məscid sayı 3 mini keçib. Yerli mətbuata müsahibə verən Tacik rəsmiləri, Mərkəzi Asiya ölkələri arasında ən çox məscidin Tacikistanda inşa edildiyini deyib. Orta Asiyada Tacikistandan sonra ən çox məscidin olduğu ikinci ölkənin Qazaxıstan olduğu ifadə edilib. Qazaxıstanda 2 min 228, Qırğızıstanda 2 min 200 Özbəkistanda isə 2 min 50 məscid var. Tacikistanda həm İslam Şurası həm də Komitə-i Din var. Hər ikisinin üzvləri Prezident tərəfindən təyin edilir. 7 milyondan çox insanın yaşadığı Tacikistanda, əhalinin böyük əksəriyyəti müsəlman-sünni məzhəbindəndir.