“Sevilya bərbəri” yenə Bakıda

4 Oktyabr 2016 16:05 (UTC+04:00)

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin tamaşaçıların çox sevdiyi "Sevilya bərbəri" operasının tamaşası keçiriləcək.


Teatrın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tamaşada əsas partiyalardan biri - Fiqaro partiyasını ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət olunub.


Digər əsas rollarda isə azərbaycanlı vokal ustaları - Xalq artisti Əli Əsgərov (Don Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (doktor Bartolo), Fərid Əliyev (qraf Almaviva), gənc solistlər Nina Makarova (Berta) və Tural Ağasıyev (Fiorello) çıxış edəcəklər.


Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.