Azercell-də “Hədsiz” rominq endirimləri!

4 Oktyabr 2016 16:15 (UTC+04:00)

Ölkənin lider mobil operatoru Azercell Telekom "Hədsiz" tarif paketi çərçivəsində abunəçiləri üçün sərfəli endirimlər təqdim edir. Belə ki, 4 oktyabrdan etibarən "Hədsiz" tarif planının abunəçiləri Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rominqdə olarkən 15% edirimdən yararlana biləcəklər. Tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1.30 AZN, hər 1MB mobil internet uçün isə cəmi 3 AZN ödəyəcəklər. Azercell-in bu sərfəli enidirmi rominqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.


Xatırladaq ki, Azercell 2014-cü ildən etibarən Fakturalı Xətt abunəçiləri üçün "Hədsiz" tarif paketini istifadəyə verib. Azercell abunəçilərinə təqdim olunan "Hədsiz" tarif paketinə qoşulmaqla müştərilər aylıq 49.90 AZN abunə haqqı müqabilində inanılmaz endirimli xidmətlərdən yararlana bilir. Bu endirimlərə aşağıdakılar daxildir:


* 3000 dəqiqə şəbəkədaxili zənglər


* 500 dəqiqə şəbəkəxarici zənglər


* 50 dəqiqə beynəlxalq zənglər


* 2000 ölkədaxili və beynəlxalq SMS


* 5 GB həcmində mobil internet


Bu tarifə qoşulmaq üçün fakturalı xətt abunəçilərinin, sadəcə olaraq, 650-yə "Hedsiz" sözünü yazıb göndərməsi kifayət edir.


Azercell bundan sonra da abunəçilərini endirimli tarif paketləri, yeni və sərfəli xidmətlərlə sevindirməkdə davam edəcək.