DTX və XKX-yə dövlət qulluğu statusu verilir

4 Oktyabr 2016 17:15 (UTC+04:00)

Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.


Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən "milli təhlükəsizlik" sözləri çıxarılır. Eyni zamanda "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti" sözləri daxil edilir.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (APA)