Azərbaycanda kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqlənib

4 Oktyabr 2016 18:00 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.Movqe.az-ın məlumatına görə, "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli fərman, "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli fərmanında dəyişiklik edilməsi haqqında" 2010-cu il 24 noyabr tarixli fərman  və "2003-cü il 23 oktyabr tarixli 954 nömrəli fərmanla təsdiq edilmiş "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı"nda dəyişikliklər edilməsi haqqında" 2016-cı il 18 aprel tarixli fərman ləğv edilib.