Bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir.

5 Oktyabr 2016 11:02 (UTC+04:00)

Azərbaycanda bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir.


Movqe.az-ın məlumatına görə, "Dekabank" ASC-nin Müşahidə Şurası oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsinə bankın bağlanması barədə qərardan şikayət edəcək.


Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək bankın ləğvi və ADIF-in 24.07.2016-cı ildən etibarən bankın ləğvedicisi təyin edilməsini istəmişdi. Məhkəmə isə ərizəni təmin etmişdi./trend/