DİN: Bakıda mağaza sahibini güllələyən şəxs ruhu xəstə olub - YENİLƏNİB

5 Oktyabr 2016 11:45 (UTC+04:00)

 Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb.
 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və ondan hadisə törədilərkən istifadə edilmiş "TOZ-16" markalı tüfəng və 2 ədəd patron götürülüb./apa/