Prezident İlham Əliyev Rumıniya, Qətər və İran səfirlərinin etimadnaməsini qəbul edib (FOTO)

5 Oktyabr 2016 12:55 (UTC+04:00)

Prezident İlham Əliyev bu gün Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.


Dövlət başçısı həmçinin, Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.


İlham Əliyev bu gün eyni zamanda, İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.