Daha 4 daşıyıcı kart sisteminə keçir-Açıqlama

5 Oktyabr 2016 12:06 (UTC+04:00)

Paytaxtda sərnişaşımada kart sisteminə keçid 18 ay ərzində yekunlaşacaq. Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. N. Allahyarova deyib ki, hazırda kart sisteminin tətbiqi ilə bağlı dörd daşıyıcı ilə danışıqlar aparılır: "Bir ay müddətində isə bir neçə marşurutda gediş haqqının kart sistemi ilə ödənilməsi təmin ediləcək. Bu proses getdikcə sürətləndirilir. Bakı Nəqliyyat Agentliyi daşıyıcıları dəvət edərək onlarla bu barədə danışıqlar aparır. 18 aya bu proses tam başa çatacaq".