Bayram hədiyyəsinin icərisindən köhnə şirniyat cıxdı

10 Yanvar 2013 16:12 (UTC+04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) bayram hədiyyələri ilə bağlı satış obyektlərində kecirdikləri yoxlamalar zamanı qanunsuzluqlar ortaya cıxıb. Mərkəzin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayevin Movqe.az-a verdiyi məlumata görə, yoxlamalar zamanı ticarət obyektlərində hədiyyə bağlamalarının icərisinə istifadə müddəti başa catmış ərzaq məhsullarının qoyulduğu faktı aşkarlanıb: "Belə bir fakt Xəzər rayon ərazisindəki mağazalardan birində üzə cıxıb. Həmin mağazanın adı, ünvanı və sahibkarla bağlı məlumat yaxın günlərdə ətraflı ictimaiyyətə acıqlanacaq. Mənə verilən məlumata görə, həmin mağazada ticarət obyektinin özünün qablaşdırdığı hədiyyə bağlamasının icərisindən vaxtı kecmiş şirniyyat məhsulu tapılıb. Məlum olub ki, mağazanın satıcısı vaxtı kecmiş şirniyyatdan uşaqlar ücün hədiyyə bağlaması hazırlayıb. Həmin mağazanın sahibkarı tərəfimizdən 100 manat məbləğində cərimələnib".
Amma İ. Abdullayev hələki bayram hədiyyələri ilə bağlı monitorinqin davam etdiyini yoxlamaların nəticələri barədə məlumat veriləcəyini söylədi.