“Neftçi” məşqlərə start verdi

5 Oktyabr 2016 16:00 (UTC+04:00)

"Neftçi"nin əsas komandasının iki günlük istirahəti başa çatıb.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, hazırlıq planına əsasən, bu gün iki məşq nəzərdə tutulub. Komandanın səhər məşqi klubun təlim-məşq bazasında baş tutub. Milli komandalara dəvət almış futbolçular – Araz Abdullayev, Rəhman Hacıyev (əsas milli komanda), Rahil Məmmədov, Fəhmin Muradbəyli (U-21 yığması), Anton Krivotsyuk, Ömər Buludov (U-19 yığması) və Makedoniya yığmasına çağırılmış Vançe Şıkov hazırlıq prosesində iştirak etməyiblər.