ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirib

5 Oktyabr 2016 14:37 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.