Türkiyə Azərbaycana korvetlər tədarük edə bilər

5 Oktyabr 2016 19:00 (UTC+04:00)

Türkiyə gəmiqayırma, hərbi gəmilərin istehsalı sahələrində Azərbaycanla təcrübəsini bölüşməyə, eləcə də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi və yenidən təchizatına kömək etməyə hazırdır.


Movqe.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin "Savunma Teknolojileri Muhendislik ve Ticaret AS" (STM) şirkətinin baş direktoru Davud Yılmaz deyib.


Onun sözlərinə görə, STM Azərbaycan Hərbi Dəniz Qüvvələrinə korvetlər tədarük edə bilər.