Bacısının əri ilə qaçan qız hələ də tapılmayıb

5 Oktyabr 2016 16:36 (UTC+04:00)

Cəlilabadda bacısının əri ilə qaçan 15 yaşlı Aynurə Nağıyeva hələ də tapılmayıb.


Movqe.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə məlumat verib. O qeyd edib ki, rayon polis şöbəsindən qızın tapılması üçün əməliyyat-axtarış qrupu Bakıya göndərilib: "Hazırda araşdırmalar davam edir".


Xatırladaq ki, A. Nağıyevanın atası Ramil Yusubov mediaya açıqlamasında sentyabrın 23-də axşam saatlarında qızının evdən getdiyini bildirmişdi.