Ölkəni gözləyən vulkan təhlükəsi

10 Yanvar 2013 16:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yaponiyada 300 ildir yatan Fuji vulkanının 2015-ci ildə patlamaq ehtimalı olduğu bildirilib. Ryukyu Universitetinin professoru Masaki Kimura, Fuji vulkanının maqma yatağındakı böyük təzyiq təcrübəsinə bağlı olaraq ən gec 2015-ci ildə partlaya biləcəyini söyləyib. "Japan Today" qəzetinə müsahibə verən Kimura, təzyiq səviyyəsinin keçən ildən etibarən partlama səviyyəsinə çatdığını və yanardağın oyandığını bildirib. Yapon elm adamları, keçən il baş verən böyük zəlzələdən bu yana Fujidəki vulkanik fəaliyyətləri yaxından izləyir. Sentyabr ayında nümayiş olunan bir hesabatda maqma yatağındakı təzyiqin 1.6 megapaskala çıxdığı bildirilmişdi.
Fuji yanardağı 1707-ci ildə Osakada baş verən zəlzələdən bir ay sonra partlayaraq lava püskürtmüştü. Fujinin partlaması nəticəsində yayılacaq küllər Yaponiyada həyatı iflicə səbəb ola bilər.