Fələstin BMT-yə üzv qəbul olunması üçün müraciət edəcək

6 Oktyabr 2016 11:00 (UTC+04:00)

Fələstin BMT-yə tamhüquqlu üzv qəbul olunması üçün müraciət edəcək. 

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib. 

Onun sözlərinə görə, Fələstin hökuməti həmçinin Təhlükəsizlik Şurası tərəfindən İsrailin işğalı ilə bağlı qətnamənin qəbul edilməsinə çalışacaq. 

"Biz bu məsələlər ətrafında əvvəl Təhlükəsizlik Şurasında Ərəb Dövlətləri Liqasını təmsil edən Misir nümayəndələri və oktyabr ayında Şurada sədrlik edən Rusiya ilə müzakirə edəcəyik", deyə R.Mənsur qeyd edib.

 Qeyd edək ki, 135 ölkə tərəfindən dövlət kimi tanınan Fələstin 2012-ci ildə BMT-yə üzvü olmayan müşahidəçi statusu alıb.