“Facebook”da silah və narkotik satılmasına başlanıb

6 Oktyabr 2016 12:48 (UTC+04:00)

Facebook Marketplace" ticarət meydançasına narkotik vasitələr və odlu silah satışı ilə bağlı elanlar yerləşdirilib.

İKT.lent.az-ın məlumatına görə, bu elanlara "Quartz" nəşri diqqət çəkib. Narkotiklər və müxtəlif tüfəng və tapançalardan başqa, "Facebook Marketplace"də ilan, kirpi və digər vəhşi heyvanların satılması ilə bağlı elanlar yerləşdirilib. Halbuki ticarət meydançasının qanunlarına görə, burada narkotik, silah, tütün, alkoqol və heyvan satmaq qəti qadağandır. "Biz problemin həlli üzərində çalışırıq və sistemə diqqətlə nəzarət edəcəyik. Yalnız bu yolla nə qədər ki, çoxlu sayda insan "Facebook Marketplace"ə çıxış əldə etməyib, pozuntuların müəyyən edilməsi və aradan qaldırılmasını təmin etmək mümkündür", - deyə "Facebook" şirkətinin məhsullar üzrə direktoru Meri Kyu bildirib. Qeyd edək ki, "Facebook" bir qədər əvvəl "Marketplace" ticarət meydançasını istifadəçilərə təqdim edib.