Paytaxtda istilik problemi yaranıb

10 Yanvar 2013 17:30 (UTC+04:00)
Havaların kəskin soyması paytaxtda istilik problemi yaradıb. Bakıətrafı qəsəbələrdən Movqe.az-a verilən məlumata görə, Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrinə verilən mavi yanacağın təyziqinin aşağı düşməsi paytaxt sakinlərinə istiliklə bağlı problem yaradıb. Paytaxta verilən mavi qazın təyziqinin aşağı düşməsi mərkəzləşmiş istilik sistemi ilə təhciz edilən yaşayış binalarının da isidilməsində cətinliklərə yol acıb. Binəqədi rayon, Naxcivani kücəsinin sakinlərinin Movqe.az-a verdikləri xəbərə görə, sözügedən ərazidə binaların isidilməsində problemlər yaranıb. Belə ki, sakinlər mənzillərə verilən istiliyin təyziqinin aşağı olması üzündən əlavə qızdırıcılardan faydalanmaq məcburiyyətində qalıblar. "Azəristiliktəhcizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirdi ki, qurumun nəzdindəki 420 qazanxananın hər biri işlək vəziyyətdədir: "Ola bilər ki, hansısa rayonun ərazisində mavi qazın təyziqinin aşağı düşməsi səbəbindən qazanxanalarda isidilmə ilə bağlı problem yarana bilər. Belə halda dərhal "Azəriqaz" İB-ə teleqram göndərilir. Az kecməmiş həmin əraziyə verilən mavi yanacağın təyziqində yaranmış problem aradan qaldırılır".
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə bildirdi ki, paytaxta verilən mavi qazın həcmində azalma yoxdur: "Əgər hansısa rayon ərazisindən qazın təyziqi ilə bağlı şikayət daxil olarsa dərhal bu məsələ araşdırılır. Sizin sadaladığınız ünvanlardan edilən şikayətlər də araşdırılacaq".