Bakıda gözəllik salonunda HƏYƏCAN SİQNALI

6 Oktyabr 2016 13:58 (UTC+04:00)

Bakıda oğurluğa cəhd etmiş şəxslər tutulub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 5-də saat 06 radələrində Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər sakini Elşən İsmayılova məxsus gözəllik salonundan Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılaraq 27-ci PB-yə təhvil verilib.  

Araşdırma aparılır.