Dağlıq rayonlarda dərslər dayandırılmayacaq

10 Yanvar 2013 17:33 (UTC+04:00)
"Havaların kəskin soyması respublikanın ümumtəhsil müəssisələrində hələki dəvamiyyətə təsir göstərməyib. Odur ki, dağlıq rayonlarda hava şəraitinin kəskin soyması üzündən dərslərin dayandırılması gözlənilmir". Bu sözləri Movqe.az-a acıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə söyləyib. Onun sözlərinə görə, dağlıq rayonlarda yağan qarın intensivləşməsi hələki tədrisə öz mənfi təsirini göstərməyib: "Həmin rayonlardan nazirliyə verilən məlumata görə, məktəblilərin dərsə dəvamiyyəti normaldır. Cüzi dəvamiyyətdə zəifləmə var ki, bu da hava şəraiti ilə əlaqədar məktəblilər arasında soyuqdəymə hallarının olması ilə bağlıdır".