Yeni direktor təyinatı olub

6 Oktyabr 2016 14:08 (UTC+04:00)

Bakıda Mədəniyyət evinə yeni direktor təyinatı olub. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, müvafiq əmrə əsasən şəbəkəsinə daxil olan Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru vəzifəsinə Süleymanov Cabbar Hüseynbala oğlu təyin olunub. Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.