Yeni fotoşəkillər üzə çıxıb

10 Yanvar 2013 17:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyada 1945-ci ildə Xerosimaya atılan atom bombasının partlayış anını göstərən fotoşəkil tapılıb. ABŞ tərəfindən Yaponiyaya atılan ilk atom bombasının 10 kilometr uzaqdan çəkilmiş nadir fotoşəkillərindən biri ortaya çıxıb. II. Dünya müharibəsinin dönüş nöqtəsi olan Yaponiyaya atılan ilk atom bombasının ağ-qara fotoşəkili tapılıb. 6 Avqust 1945-ci ildə Xirosimaya atılan 140 min nəfərin ölümünə səbəb olan atom bombasının ağ-qara fotoşəkilinin varlığının bəzi tarix kitablarında yazıldığı, lakin yeni tapıldığı deyilib. Honkava Orta məktəbinə aid atom bombası ilə əlaqədar sənədlər arasından çıxan fotoşəkilin, şəhərin 10 kilometr şərqindən çəkildiyi qeyd edilib. Bombanın yerə düşməsindən yarım saat sonra çəkildiyi ifadə edilən fotoşəkildə göbələk şəklində yüksələn tüstünün iki yerə bölündüyü görülür.