“Bakı Metropoliteni” sürücü axtarır

6 Oktyabr 2016 16:10 (UTC+04:00)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yük maşınının sürücüsü peşəsi üzrə işə qəbul elan edir. 

"Bakı Metropoliteni" QSC-dən Movqe.az-a  verilən məlumatda işə qəbul tələbləri göstərilib.


İşə qəbul tələbləri:

• Cinsi: kişi

• Hərbi mükəlləfiyyətli

• Sürücülük kategoriyasl: CDE

• Müvafiq peşə üzrə iş stajı: minimum 5 il

• Qeydiyyat: Bakı şəhəri


İşə qəbul olmaq istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "yük maşınının sürücüsü" peşəsinin qeyd edilməsi zəruridir. 


Müraciət üçün son tarix 12.10.2016-cı il.