Şəhid olan hərbçimiz dəfn olundu

6 Oktyabr 2016 16:25 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, 10 ay bundan qabaq könüllü olaraq hərbi xidmətə yollanan şəhid S.Məmmədov cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.