Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib

6 Oktyabr 2016 16:26 (UTC+04:00)

Sumqayıt şəhərində tortdan kütləvi zəhərlənmə olub. Movqe.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Xanım Əiyeva, onun bacısı 2009-cu il təvəllüdlü Gülmirə Əliyeva və qardaşı 2012-ci il təvəllüdlü Murad Əliyev tortdan zəhərlənib. Hər üç azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"a verilən məlumata görə, onlar tibb müəssisəsinə "naməlum etiologiyalı bağırsaq infeksiyası" diaqnozu ilə qəbul edilib. Azyaşlıların evdə qəbul etdiyi qidadan bağırsağına infeksiya düşdüyü məlum olub. 

"Hazırda hər üç xəstənin vəziyyəti sabitdir" - xəstəxanadan bildirilib.