ABŞ-da 1600 aviareys təxirə salınıb

6 Oktyabr 2016 19:30 (UTC+04:00)

ABŞ-da "Metyu" qasırğası milə əlaqədar ölkə üzrə 1600 aviareys təxirə salınıb. Bu barədə "ABC News" xəbər yayıb. Bildirilir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək. Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq. Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.