Hillari Klinton erməni əsilli teleulduz haqda

6 Oktyabr 2016 19:30 (UTC+04:00)

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton məşhur teleulduz Kim Kardaşyanın soyğuna məruz qalmasını şərh edib.


"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Klinton Kardaşyana görə narahatlıq keçirdiyini ifadə edib: "Mən ona görə narahat oldum. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb".


Eks-dövlət katibi, həmçinin Kardaşyanın həyat yoldaşı Kanye Uestin Nyu-Yorkdakı konsertini yarıda qoymasından təəssüfləndiyini bildirib.


Xatırladaq ki, Parisdə olarkən otel nömrəsində soyğuna məruz qalan teleulduzun dəyəri milyonlarla ölçülən zinət əşyaları oğurlanıb.