Sumqayıtda intihara cəhd

6 Oktyabr 2016 18:09 (UTC+04:00)

Sumqayıtda intihara cəhd olub. Movqe.az FHN-in saytına istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verib.