Bu da oldu: hərbi bazada iki kişi evləndi - FOTO

7 Oktyabr 2016 12:20 (UTC+04:00)

Britaniya silahlı qüvvələrinin tarixində ilk dəfə olaraq ölkə sərhədlərindən kənardakı hərbi bazada eyni cinsə mənsub iki hərbçinin nikahı rəsmiləşdirilib.


Britaniyanın Kiprdəki Dekeliya hərbi aviabazasında xidmət edən serjant Alister Smit burada çalışan mülki şəxs Aaron Uestonla rəsmi nikaha giriblər.

Movqe.az-ın milli.az-a  istinadən bildirir ki, onların nikahını aviabazanın vitse-marşalı Mayk Uiqston kəsib.


36 yaşlı Alister Smit Uels Şahzadəsi alayındakı 2-ci taburda xidmət edir.


Serjant Smitin ailəsi, iki övladı vardı. Lakin o, Aaron Uestona "aşiq" olandan sonra xanımını boşayıb.


Əvvəllər Britaniyanın Botsvana və Şimali İrlandiyadakı hərbi bazalarında xidmət etmiş A.Smit deyib: "Azad və demokratik ölkədə yaşadığım üçün fəxr edirəm. Bəli, öz cinsimdən olan şəxslə evləndim. Əminəm ki, cinsi azlıqların hüquqları tam təmin olunmalıdır. Üstəlik, Aaronla münasibətlərimizi bundan sonra da gizlətmək istəmirdim. Hər şey yaxşı alındı".


Britaniyanın Müdafiə Nazirliyi də olayla bağlı xüsusi bəyanat verərək Dekeliyadakı aviabazadakı nikahın rəsmən qeydə alındığını bildirib.