AŞPA Hakimlərin Seçilməsi Komitəsinin Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə kimi tövsiyə etdiyi açıqlanıb

7 Oktyabr 2016 13:00 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-da keçirilən iclasında AİHM-ə Azərbaycanın irəli sürdüyü 3 namizəd arasında kimin yüksək səs çoxluğu qazandığı məlum olub.

 

Movqe.az-ın AŞPA-ya istinadən verdiyi məlumata görə, Hakimlərin Seçilməsi Komitəsi üç nəfərin arasından ən uyğun namizəd kimi Lətif Hüseynovu tövsiyə edib.

 

AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

 

Bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.