Temperaturun yüksək olması meteohəssas insanlarda narahatlıq yarada bilər

7 Oktyabr 2016 13:27 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə yarımadada 15-18° isti, gündüz 23-28° isti, Bakıda gecə  15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.