Anası ölən 18 yaşlı gənc özünü asdı - Bakıda

7 Oktyabr 2016 15:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Kalinin küçəsi, 4 ünvanında qeydə alınıb.


Həmin ünvanda yaşayan, 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb.


Məlumata görə, X.Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.