Buffon: "Buraxdığım qol yadıma düşəndə güləcəyəm"

7 Oktyabr 2016 19:00 (UTC+04:00)

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmada İtaliya ilə İspaniya sülhə razılaşıb.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, İtaliya milli komandasının və "Juventus"un qapıçısı İspaniya qarşılaşmasından sonra oyun haqda fikirlərini bölüşüb: "Bir müddət sonra mən buraxdığım bu qolu yadıma salıb güləcəyəm. Amma bu hal bir də təkrar olunarsa, artıq gülə bilməyəcəyimi də bilirəm. Əsas problemim topu hansı tərəfdən vuracağımı fikirləşərkən yanlış fəndi seçməyim oldu. İki variant arasına qalmışdım ki topu müdafiəçilərə hansı tərəfdən ötürüm. Nəticədə əlimdə buraxılmış qol qaldı. Bu qoldan sonra biz sübüt etdik ki, istəsək oyunu nəzarət altında tuta bilərik".