Türk aktyoru Bakıda mişarla qarşıladılar

8 Oktyabr 2016 10:30 (UTC+04:00)

Türkiyəli məşhur aktyor İlhan Özbay Bakıya gəlib.


Movqe.az axar.az-a istinadən bildirir ki, aktyor "Sabirabad mişarı" filmində rol almaq üçün paytaxt Bakıya səfər edib.


Film heyəti paytaxtımıza gələn aktyoru mişarla qarşılayıb. Heyətin bu jesti Özbayın təəccüb və marağına səbəb olub.


Qeyd edək ki, məşhur dəhşət filmi "Mişar"ın komediya versiyası olan "Sabirabad mişarı" ekran işinin bu ilin sonlarında hazır olması gözlənilir.