Mingəçevirdə 5 ton ot yanıb

8 Oktyabr 2016 19:00 (UTC+04:00)

Mingəçevirdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Mingəçevir şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.