Yeni gəminin Azərbaycana çatdırılacağı tarix açıqlanıb

9 Oktyabr 2016 17:30 (UTC+04:00)

Avstraliyada "Austal" şirkətinin tikdiyi "Rəşid Behbudov" sürət sərnişin gəmisi bu ilin noyabrın 2-də Azərbaycana gətiriləcək.

Movqe.az bildirir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Yeni 70 metrlik gəmi Xəzərd iri neft-qaz layihələrinə xidmət göstərmək üçün nəzərdə tutulub.

Gəminin sərnişin tutumu 150 nəfərdir. Sürəti isə 30 uzla çatacaq gəminin inşasına 2015-ci ilin oktyabrında başlanılıb.