Azərbaycanlı "O səs Türkiyə”nin səhnəsini coşdurdu
10 Oktyabr 2016 09:00 (UTC+04:00)
Daha bir azərbaycanlı "O səs Türkiyə"nin səhnəsinə
çıxıb.
Movqe.az qafqazinfo-ya istinadən xəbər
verir ki, İlham Nəzərov adlı həmyerlimiz "Ayrılıq" mahnısını ifa
edib.
O, ifasıyla münsifləri təəccübləndirməyi bacarıb. Belə ki,
yarışmadakı 4 münsifin 4-ü də İlham üçün dönüb. İfaçı Murad Bozu
səhnəyə dəvət edərək eyni mahnını onunla və Sibel Canla da
oxuyub.
İ.Nəzərov Gökhan və Hakan Özoğuzların komandasını seçib.