Efiopiyada fövqəladə vəziyyət elan edildi

10 Oktyabr 2016 09:45 (UTC+04:00)

Efiopiya hökuməti getdikcə artan zorakılıq və etirazlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib. Movqe.az xəbər verir ki, bu barədə Efiopiya dövlət televiziyasından edilən elanda bildirilib. 

Nazirlər Kabinetinin qərarına əsasən, fövqəladə hal şənbə axşamından etibarən qüvvəyə minib. Fövqəladə vəziyyətin 3 ay davam edə biləcəyi qeyd edilib.