Şəhid ailəsi - «Eldar Əzizova qara yaxmağa çalışanlar səhv edir»

10 Oktyabr 2016 10:05 (UTC+04:00)

Ötən gün bir neçə saytda Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində yerləşən "Badamdar şəhidləri" abidəsinin yaxınlığında yerləşən ictimai-iaşə obyektinin ərzidə yaşayanlar üçün narahatçılıq yaratdığı və buranın Rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizov tərəfindən satılması barədə yazılmışdı.


Bununla əlaqədar həmin ictimai-iaşə obyektinin sahibi Allahverdi Quliyev aşağıdakıları bidirmişdir:


Mən bu məlumatı oxuyub təəccübləndim və çox hiddətləndim. Birincisi mən hər hansı bir işbaz deyil, 8 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsində məskunlaşmış məcburi köçkün və şəhid ailəsiyəm. Mənim ailəmlə bərabər bu obyektdə daha 5 nəfər də işləyir, çörək pulu qazanırıq.


Eldar Əzizov Səbailə 1 ildir ki, başçı təyin olunub, bu obyekt isə 7 ildən çoxdur ki, işləyir, icazəni rayon İcra Hakimiyyəti deyil Ticarət Departamenti verib. Bura ancaq mövsümi fəaliyyət göstərir, spirtli içki verilmir, musiqi səslənmir, ərazinin təmizliyini qoruyuruq.


Şəhid ailəsi olduğumuzdan yaxınlıqda yerləşən abidəyə çox hörmətlə yanaşırıq və bu həm də bizim bir vətəndaş kimi borcumuzdur.


Artıq 15 günə yaxındır ki, hava şəraiti ilə əlaqədar mövsümi obyektimiz fəaliyətini dayandırıb.


Allahverdi Quliyev bildirib ki, "Əgər kiminsə RİH başçısı Eldar Əzizovla düşmənçiliyi varsa biz şəhid ailələrini bura qatmasın. O, rayonda işləyidiyi bir il ərzində qəsəbəmiz üçün çox iş görüb, obyektlə üzbəüzdə "Abad məhəllə" yaradılıb, qəsəbənin su və kanalizasiya sistemi dəyişdirilir, yollar təmir olunur, asfalt salınır. Özü çox mədəni insandır, tez-tez qəsəbədə sakinlərlə görüşür, problemlərimizlə yaxından maraqlanır. Bu da biz sakinləri çox sevindirir.


Lakin kim isə öz mənfur məqsədləri üçün Eldar Əzizova qara yaxmağa çalışırsa çox səhv edir. Mən özüm və ailəm adından tələb edirəm ki, bu böhtan və yalan yazıya görə bizdən üzr istəsinlər. Əksər halda həmin saytla bağlı məhkəməyə müraciət edəsəyik".