20 İŞİD-çi öldürüldü

10 Oktyabr 2016 15:00 (UTC+04:00)

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr nəticəsində İŞİD qruplaşmasının ən azı 20 yaraqlısı zərərsizləşdirilib.


Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, yerli güc strukturlarının məlumatına əsasən, hava hücumlarının hədəfi Nazian və Aşin rayonları olub.


Hücum nəticəsində yerli sakinlərdən heç kimin xəsarət almadığı bildirilir.