İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb

10 Oktyabr 2016 15:25 (UTC+04:00)

 İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.

 

Movqe.az  xəbər verir ki, mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib.

 

İsveç Mərkəzi Bankı alimlərin hər birinə 8 mln. kron (təxminən $1 mln.) ödəyəcək./apa/