Bakı sakini zeytun ağacından yıxılaraq ölüb

10 Oktyabr 2016 17:00 (UTC+04:00)

Bakı sakini faciəli şəkildə ölüb.

 

Nərimanov rayon Polis İdarəsindən  verilən məlumata görə, Bakı şəhər sakini Bilal Səfərov Nərimanov rayonu ərazisində zeytun yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş B.Səfərov orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  /apa/