İstanbulda Azərbaycan prezidentinin iştirakı ilə Dünya Enerji Konqresi başlayıb

10 Oktyabr 2016 15:05 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi başlayıb.

 

Movqe.az-ın məlumata görə, konqresdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Tədbirə Rusiya prezidenti Vladimir Putin də qatılıb.

 

Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib.

 

Tədbir 4 gün davam edəcək.