Aİ-nin Azərbaycan üzrə alt komitələrinin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub

11 Oktyabr 2016 11:18 (UTC+04:00)

Avropa İttifaqının Azərbaycan üzrə alt komitələrinin Azərbaycanda keçiriləcək iclaslarının vaxtı məlum olub.

 

Aİ-nin Azərbaycan nümayəndəliyindən  verilən məlumata görə, sabah oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin iclası keçiriləcək.

 

Oktyabrın 13-də insan haqları alt komitəsinin, oktyabrın 14-də isə insanlar arasında münasibətlərə dair komitənin iclası olacaq.