Bakıda intihar hadisəsi baş verib.

11 Oktyabr 2016 11:27 (UTC+04:00)

Nizami Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa/