Sən nə etdin, Messi?!

11 Yanvar 2013 11:29 (UTC+04:00)
İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi penalti zərbəsini dəqiq vura bilmədi. Matanın zərbəsindən sonra isə top qapı dirəyinə dəyərək yana getdi. Britaniyanın və dünyanın ən populyar qəzetlərindən biri The Daily Mail-in idman şöbəsi Sports İnteractive korporasiyası ilə birlikdə interaktiv matç keçirib. "Meydan"da Daily Mail oxucularının seçdikləri "İngiltərə Premyer Liqasının ulduzları" və FİFA-nın seçdiyi "İlin ən yaxşı 11-liyi" vardı. Komandalar belə idi: İngiltərə Premyer Liqasının ulduzları: Co Hart, Vinsen Kompani, Nemanya Vidiç, Branislav İvanoviç, Leyton Banyes, Yaya Ture, Maruan Fellaini, Xuan Mata, Qaret Beyl, Luis Suareş, Robin van Persi İlin ən yaxşı 11-liyi: İker Kasilyas, Xerard Pike, Serhio Ramos, Dani Alveş, Marselo, Xabi Alonso, Xavi, Kriştiano Ronaldo, Andres İnyesta, Lionel Messi, Radamel Falkao. Matç İngiltərə Premyer Liqasının yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Maraqlıdır ki, 24-cü dəqiqədə Messi penalti zərbəsini vura bilməyib və bu zaman redaksiyadakı jurnalistlər: "Sən nə etdin, Messi?!" - qışqırıblar. Oyunun ən yaxşı futbolçusu isə 8,5 bal reytinqlə İker Kasilyas seçilib. Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Barselona" klubunda geyindiyi 10 nömrəli formanı əfsanəvi almaniyalı hücumçu Gerd Müllerə hədiyyə edib. Messi futbolkaya avtoqrafını qoyub. O, həmçinin ötən il arxada qoyduğu bombardirin ünvanına xoş sözlər yazıb. Qeyd edək ki, 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Lionel Messi ötən il 91 top vuraraq, Gerd Müllerə məxsus 85 qol rekordunu təzələyib.