DİN qarajda zəhərlənən nişanlılarla bağlı məlumat yaydı

11 Oktyabr 2016 13:15 (UTC+04:00)

Paytaxt sakini nişanlısı ilə birgə dəm qazından zəhərlənərək ölüb.


Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, oktyabrın 10-da Yasamal rayonunun İzmir küçəsində yerləşən qarajda, paytaxt sakini Kamal Alışov nişanlısı Zülfiyyə Yusifzadə ilə "Nissan" markalı avtomobildə dəm qazından zəhərlənərək ölüblər.


Araşdırma aparılır.