Səhiyyə Nazirliyi: Krandan daş düşməsi nəticəsində yaralananların vəziyyəti ağırdır

11 Oktyabr 2016 15:53 (UTC+04:00)

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır. Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb. Qalan 4 nəfər (2 qadın, 2 kişi) təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Yardım Mərkəzinə gətirilib.Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.