"Qızıl top" bəxtəvərləri

11 Yanvar 2013 12:32 (UTC+04:00)

Movqe.az bir neçə "Qızıl top"u olan dahi futbolçuların siyahısını təqdim edir:

1. "Real" Madrid klubunun əfsanəsi Alfredo Di Stefano 1957, 1959-ci ildə "Qızıl Top"un qalibi olub. Di Stefano "Mançester Yunayted"ə Kuboklar Kubokunun finalında qələbə topunu vurur:

2. Əfsanəvi hollandiyalı forvard Yohan Kroyff ilk "Qızıl top"unu 1971-ci ildə "Ayaks" klubunda oynayarkən alıb, 1973, 1974-ci illərdə 3 dəfə "Qızıl top"u qazanan ilk oyunçu olub.

3. Frans Bekkenbauer Yohan Kroyfun rekordunu təkrarlayaraq 1972, 1975, 1976-cı illərdə "Qızıl top"un sahibi olub.

4. 1970-ci illərin axırlarında Avropaya meydan oxuyan ingiltərəli Kevin Kiqan olub. 1978, 1979-cu illərdə "Qızıl top"a layiq görülüb.

5. Karl Haynts Rummenige (2-ci cərgədə soldan 4-cü futbolçu) 1980, 1881-ci illərdə "Qızıl top"un sahibi olub.

6. UEFA-nın indiki prezidenti Mişel Platini Messidən qabaq yeganə futbolçu idi ki, 3 dəfə ard-arda "Qızıl top" qazanıb.

7. Marko Van Basten ilk dəfə "Qızıl top"u 1988-ci ildə qazanıb, Kuboklar Kubokunun çempionu sonra 2 dəfə də "Qızıl top"a layiq bilinib.

8. 1995-ci ildə Avropada oynayan fubolçuya "Qızıl top" verilmirdi. 1997-ci ildə Ronaldo ilk "Qızıl top"unu "Barselona" klubunun heyətində oynayarkən, 5 ildən sonra isə artıq dünya çempionu bu mükafatı "Real" Madriddə oynayarkən alır.

9. Lionel Messi ilk "Qızıl top"u  Çempionlar Liqasının finalında Edvin Van der Sara qol vurduqdan sonra alıb. Sonra isə ard-arda 4 dəfə "Qızıl top"un sahibi olur.